Futbol azərkeşləri dəhşətli hadisə ilə üzləşdi: Onlarla yaralı var / VİDEO

Liviyada “Al-İttihad Tripoli” klubunun çempionluğunu qeyd edən azərkeşlər xoşagəlməz hadisə ilə üzləşib.

Metbuat.az xəbər verir ki, şənlik zamanı tribunanın çökməsi nəticəsində çox sayda insan xəsarət alıb. Məlumata görə, şənlik klubun paytaxt Tripolidəki mərkəzində keçirilib.

Qeyd edək ki, “Al-İttihad Tripoli” “Al Ahli Tripoli”ni 2:1 hesabı ilə məğlub edərək 18-ci dəfə ölkə çempionu olub. Liviyadakı müharibəyə görə oyun Tunisdə keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR