“Fənərbaxça”dan böyük transfer:

“Fənərbaxça” “İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Pablo Mari ilə danışıqlar aparır.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müdafiəyə iddialı transfer etmək istəyən türk təmsilçisi ispan futbolçunun razılığını alıb. Lakin tərəflər hələlik məvacib məsələsində razılığa gələ bilməyib. Buna səbəb müdafiəçi üçün başqa təkliflərin də olmasıdır. Bildirilir ki, iddialı komanda qurmaq istəyən İtaliyanın “Monza” klubu da futbolçuya təklif göndərib.

İtaliya təmsilçisinin göndərdiyi təklif maddi baxımdan yaxşı olsa da, müdafiəçi nüfuzu olmayan kluba getməyə müsbət yanaşmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR