Xəzinə ovçuları 10 ton nasist qızılını tapmaq üçün icazə aldı -

Polşada 18-ci əsrə aid bir sarayın altında olduğu güman edilən 10 ton nasist qızılının tapılması üçün qazıntı işlərinə icazə verildi.

Metbuat.az "TRT Haber"ə istinadən xəbər verir ki, qızılın varlı alman ailələrindən talan edildiyi güman olunur.

Xəzinəni axtaran Polşalı "Silesian Bridge" Fondu qazıntı işlərinin sentyabrın 1-də başlayacağını bildirib.

Qeyd edilib ki, qızılın axtarışı əsasən nasist zabitinin gündəliyinə və xəritəyə əsaslanır. "Silesian Bridge" fondu sənədlərin nəsildən-nəslə ötürüldüyünü bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR