Hitlerin xəzinəsi tapıldı: Tonlarla qızılı heç kimin ağlına gəlməyən yerdə gizlədiblər -

Hitlerə məxsus olduğu deyilən 10 ton qızılın və alman milyonçuların faşist hərbçilərə verdiyi 18 ton zinət əşyalarının Polşanın Minkovskie kəndində tapıldığı irəli sürülür.

Metbuat.az xəbər verir ki, qızıl, sarayın altında yerləşir. Qazıntı barədə icazə alan Polşanın “Birdge” vəqfindən bildirilib ki, qızılın sarayın altında olduğu faşist hərbçinin gündəlik qeydləri əsasında müəyyən edilib.

Qızılın yeri xəritələrə əsaslanır. Xüsusi polad qablarda saxlanılan qızıl yerin 3 metr dərinliyinə yerləşir. Qablar hələlik torpaqdan çıxarılmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR