Fərid Qayıbov Hacıqabulda idman meydançasının vəziyyəti ilə tanış olub -

Gənclər və idman naziri Fərid Qayıbov Hacıqabul şəhərində idman meydançasının vəziyyəti ilə tanış olub.

Nazirliyin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, idman qurğusunda gələcək təmir işləri imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Qayıbov həmçinin Qaradağ rayonunun Ələt, Səngəçal və Puta qəsəbələrində uzun fasilədən sonra tikintisinin bərpa edilməsi nəzərdə tutulan idman zalları ilə də maraqlanıb.

Hər üç idman qurğusu ilə tanış olan nazir zalların funksionallığının daha da artırılması istiqamətində müvafiq tövsiyələr verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR