Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su Xorvatiya çempionatında 4-cü turun oyununa çıxıb.
Metbuat.az xəbər verir ki, Ante Çaçiçin baş məşqçisi olduğu komanda səfərdə “Varazdin”lə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Yenicə zədəsi sağalan Mahir Emreli də 46-cı dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, “Dinamo” hazırda 10 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.