Hərbi qulluqçular "Xüsusi təyinatlı kursu"nu müvəffəqiyyətlə bitiriblər -

Azərbaycan ilə Türkiyə arasında imzalanan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkənin Ankara şəhərində keçirilən “Xüsusi təyinatlı kursu"nda iştirak ediblər.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, kursunun başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib.

Buraxılış mərasimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR