Kilian Mbappenin “Real Madrid”dən ayrılmaq istədiyi iddia olunur.

Metbuat.az xəbər verir ki, fransalı ulduzun klubda özünü xoşbəxt hiss etmədiyi və 2027-ci ilin yayında komandadan ayrılmağı planlaşdırdığı bildirilir.

İspaniyanın tanınmış jurnalisti François Qalyardonun məlumatına görə, Mbappe mövsümün sonunda ayrılmaq qərarına gəlsə, Madrid təmsilçisi onun gedişinə mane olmayacaq. 27 yaşlı hücumçunun növbəti ünvanının İngiltərə Premyer Liqası ola biləcəyi iddia edilir. Qeyd edək ki, Kilian Mbappenin “Real Madrid”lə müqaviləsi 2029-cu ildə yekunlaşır.