"Liverpul"dan həmlə: Rəqibindən yeni ayrılan futbolçunu

"Liverpul" "Sauthempton"la müqaviləsi başa çatdıqdan sonra gənc müdafiəçi Oludare Olufunva ilə müqavilə imzalayıb.

Metbuat.az "Sports Bible"a istinadən xəbər verir ki, Oludarenin "Sauthempton"la 11 il keçirməsinə baxmayaraq, müdafiəçinin müqaviləni yeniləyib-yeniləməmsi müəmma altında idi.

"Liverpul" vəziyyətdən istifadə edərək bu yay mövsümöncəsi turu zamanı Olufunvaya U-21 ilə sınaq keçirməyi təklif etdi. 20 yaşlı oyunçudan heyran qalan "Liverpul" onunla müqavilə imzalamaq qərarına gəldi.

Onun bu mövsüm əsas komandada oynama ehtimalı olmasa da, Olufunvanın U-21-də böyük rol oynayacağı gözlənilir.

Qeyd edək ki, "Liverpul" bu yaxınlarda "Mançester Siti"nin U-21 komandasına 3-0 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR