Azərbaycanın 4 güləşçisi finala

Azərbaycanın İslamiadada 4 güləşçisi finala vəsiqə qazanıb.

Metbuat.az xəbər verir ki, sərbəst güləşçi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşündə 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev finala yüksəlməklə, ən azı gümüş medalı təmin edib.

Bundan başqa, sərbəst güləşçilər Turan Bayramov və Abubakr Abakarov finala vəsiqə qazanıblar. 74 kq-da çıxış edən Bayramov yarımfinalda əlcəzairli Abdelkader İkkala 11:0 hesabı ilə qalib gəlib. 86 kq-da yer alan Abakarov isə finala gedən yolda türkiyəli Osman Göçeni 7:6 hesabı ilə məğlub edib. Hər iki güləşçi ən azı gümüş medalı təmin edib.

Daha əvvəl taekvondoçulardan Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) yarımfinala çıxmaqla, ən azı bürünc medalı ediblər.

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik də finala yüksəlib.

50 kq-da yer alan idmançı yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən Stadnik finala adlamaqla, ən azı gümüş medalı təmin edib.

Azərbaycanın digər qadın güləşçisi Alyona Kolesnik isə gümüş medal qazanıb. 59 kq-da çıxış edən idmançı 2-ci yer uğrunda qarşılaşmada türkiyəli Elmas Çelikə "tuşe" ilə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR