Hakim ədalətsizliyi Hacı ilə iranlı güləşçi arasında insidentə səbəb oldu -

Xəbər verdiyimiz kimi, sərbəst güləşçi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşündə 65 kq çəki dərəcəsində mübarizə apararaq finala gedən yolda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev finala yüksəlməklə, ən azı gümüş medalı təmin edib.

Metbuat.az xəbər verir ki, finaldan öncə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyevin yarımfinal görüşündə insident yaşanıb.

Görüşdə Hacı ilə iranlı döyüşçü arasında insidentə səbəb qarşılaşmasında hakim ədalətsizliyi olub.

Qarşılaşmanın baş hakimi iki epizodda Əliyevin tətbiq etdiyi fəndləri hesaba almayıb. Üstəlik, iki güləşçi arasında gərginlik yaşanıb. İdmançı və yığmanın məşqçisi Zəlimxan Hüseynovun etirazlarına baxmayaraq, qərar dəyişməyib.

Nəticədə Əliyev 8:4 hesablı üstünlüklə qarşılaşmanın qalibi olub. Beləliklə, o, yarımfinala vəsiqə əldə edib.

Həmin o anları təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR