Çin lideri Baydenə XƏBƏRDARLIQ ETDİ:

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ prezidenti Co Bayden ilə telefon danışığında böhranın qarşısının alınmasının vacibliyi barədə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, bu barədə The Wall Street Journal” məlumat yayıb. Nəşrin iddiasına görə, iyulun 28-də Amerika lideri ilə söhbətində Si Cinpin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həmin vaxt Tayvana gözlənilən səfərindən məyus olduğunu bildirib. Nəşrin mənbələrinə görə, Çin lideri dəqiq nəyin müzakirə oluna biləcəyini dəqiqləşdirmədən Baydenə belə bir səfərin mümkün nəticələri barədə xəbərdarlıq edib.

“The Wall Street Journal” yazır ki, Si Cinpin Baydenlə söhbətində deyib ki, Çin ABŞ-la münaqişəyə girmək niyyətində deyil, lakin hər iki tərəf “sülh və təhlükəsizliyi qorumalıdır” və indi böhran yaratmağın vaxtı deyil.

Qeyd edək ki, Tayvan boğazında və bütün Asiya-Sakit okean regionunda vəziyyət Nümayəndələr Palatasının spikerinin avqustun 2-3-də Taybeyə səfərindən sonra gərginləşib və bu, materik Çinin kəskin tənqidinə səbəb olub. Pekin dəfələrlə Vaşinqtona xəbərdarlıq edib ki, ABŞ hökumət iyerarxiyasında üçüncü ən yüksək mövqe tutan Pelosinin səfəri baş tutarsa, cavab tədbirləri görəcək.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR