Məşhur hotel təhlükə altında:

Bir neçə gündür Şabran rayonunda müşahidə olunan yanğın “Qalaaltı” hotelin yaxınlığına çatıb.

Metbuat.az AzTV-yə istinadən xəbər verir ki, ötən gecə saatlarından etibarən Çıraqqala ətrafında güclü yanğınlar başlayıb. Yanğın gecə saatlarında daha da şiddətlənib. FHN-in şəxsi heyəti yanğına müəyyən qədər müdaxilə etsə də, relyefin mürəkkəb olması söndürülmə işlərinə çətinlik yaradır.

“Qalaaltı” İstirahət Mərkəzinin meneceri bildirib ki, əgər təhlükə yaranarsa, qonaqları təxliyə etmək üçün bütün planlar hazırdır. Hotel üçün azacıq da olsa təhlükə var. Artıq hotelin əməkdaşları da bu məsələdə fəaliyyətə keçiblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR