Avtomobillərdə özünəməxsus üslub yaratmaq "Azart" tüninq şirkətinin iş prinsipidir

Avtomobil tüninqi - zavod performansını yaxşılaşdırmağa (mühərrikin gücünü və səmərəliliyini artırmaq, əyləc səmərəliliyini artırmaq, asmağı yaxşılaşdırmaq) və ya özünəməxsus üslub yaratmağa (görünüşünü və daxili bəzəklərini dəyişdirmək, yüksək keyfiyyətli musiqi quraşdırmadan) yönəlmiş avtomobilin təkmilləşdirilməsi prosesidir.

Bu həvəs bütün dünyada çoxlu sayda həvəskarları bir araya gətirir. Onlar üçün tüninq hobbi və ya peşəkar fəaliyyətdir. "Azart" Tünninq şirkəti isə 2008-ci ildə müasir avtomobillərin tüninqi və üslubu sahəsində peşəkarlar qrupu tərəfindən yaradılmışdır. "Azart" tüninq studiyası premium və lüks avtomobillərin tüninqində ixtisaslaşıb. Burada avtomobilin tüninqi üçün ehtiyat hissələri və xidmətlərin tam çeşidini tapmaq olar. Şirkətin rəhbəri Arif Zeyn uğur əldə etmək üçün hər zaman məqsədyönlü addımlar atıb, özü üçün hədəflər müəyyən edib.

14 ildən artıq bir müddətdə uğurlu bizneslə məşğul olan Arif Zeyn, 30 iyun 2022 ci tarixində Golden People Awards layihəsində, ilin uğurlu iş adamı nominasiyasına layiq görülub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR