Rus ordusunun komandanlığı Xersondan qaçdı: Ukrayna hərbçiləri nəzarəti ələ keçirib

Ukrayna ordusu Xersonda daha bir neçə mövqeni işğaldan azad edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. Bildirilir ki, Ukrayna ordusunun Xersondakı uğurları rusları qorxuya salıb. Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Natalya Qumenyukun sözlərinə görə, rusların Xersondakı komandanlığı şəhərdən qaçıb. Onun sözlərinə görə, ruslar Ukrayna ordusunun irəliləyəcəyini yaxşı bildiyi üçün xilas olmaq üçün şəhərdən qaçırlar. Nazirlik rəsmisi bildirib ki, Qərbin yeni silah dəstəyi ilə rusları Xersondan tamamilə qovmaq mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR