“Barselona”ya getmək istəyən Silvanın qiyməti açıqlandı: Gözlənilməz rəqəm

“Mançester Siti” klubdan ayrılmaq istəyən Bernardo Silvanın transfer qiymətini müəyyən edib.

Metbuat.az xəbər verir ki, klub rəhbərliyi futbolçu üçün 100 milyon avro tələb edir. “Sporx” nəşrinin məlumatına görə, ingilislər futbolçunun “Barselon”a klubuna transfer olmağa istəkli olduğunu bilir. Lakin klub futbolçunun istəyinə baxmayaraq onun üçün ciddi endirim etməyəcək. Qeyd edək ki, “Barselona”nın Bernardo Silva üçün 70 milyon avro civarında məbləğ ödəmək istədiyi barədə xəbərlər yayılmışdı. “Mançester Siti” Bernardo Silvanı 2017-ci ildə “Monako”dan 50 milyon avroya transfer etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR