“Bəxt Üzüyü“nün Moşusu ETİRAF ETDİ:

“Evdə oturub ölümümü gözləyirəm. Söhbət küskünlükdən getmir. Bikar insanam. Mənim də bikarçılıqdan təmiz zəhləm gedir. Bu sənətə gəlmişəm ki, ömürlük işləyim. Axı niyə kənarda qalım ki? Canım sağ, danışığım yerində, gözlərim görür, qulağım da eşidir. Yaratmaq istəyirəm"

Metbuat.az xəbər verir ki, bu sözləri Xalq artisti, aktyor Valeh Kərimov "Üzə-düz" proqramında deyib.

Sənət aləmindən küsdüyünü deyən aktyor bunları əlavə edib:

"Maaş vermə, prezident təqaüdü alıram, amma çalışım. Axı səhnədən ötəri vaxtı ilə atam da danışdırmayıb məni. Səhnəyə hər şeyimizi qurban vermişik, səhnəyə görə gec ailə qurdum. Müəllimim dedi ki ailəlisən? Dedim subay. Dedi, özünü sənətdə tapsan evlənərsən. Gördüm tapmadım, getdim day evləndim. İkisindən birini seçdim. Evdə öz-özümə nə qədər monoloq qurum? Məcburam ki, oturum ölümümü gözləyim”.

Məşhur “Bəxt üzüyü” filmindəki “Moşu” obrazından danışan V.Kərimov bu rolun ona çox mane olduğunu etiraf edib:

“İndi-indi hamı mənim adımı bilir, indiyə kimi “Moşu”, xalq deyirdilər: Xalqın içindən çıxmış insandır. Orada xalqın gözəl adətləri göstərilib. Bir az demaqoqluğu var, istedadsız insandır. Asan yolu seçir, istedadı yoxdur, şair olmaq istəyir. Qafiyə qoşur, düz çıxmır. Amma o rol mənə çox mane oldu. Hamını filmə çəkirlər məndən başqa. Təkcə filmim elə “Bəxt üzüyü”dür. Bir-iki dəfə məni kinostudiyaya dəvət ediblər. Gördüm pıçıldayırlar ki, sifəti “Moşu”dur, nə rol oynasa da alınmaz. Rədd edin getsin. Bu məni çox incidib. Axı məni qrim də etmək olardı başqa obraz üçün”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR