​Türkiyə Rusiya ilə bağlı söz verib:

Rusiyanın Türkiyənin vasitəçiliyi ilə Qərbin sanksiyalarından yayına biləcəyinə dair iddialar ABŞ mediasında müzakirələrə yol açıb.

Metbuat.az xəbər verir ki, həmçinin Böyük Britaniyanın Röyters agentliyi də oxşar iddialar yayıb. “Bloomberg” nəşri isə yazır ki, məsələ Türkiyə və ABŞ nümayəndələri arasında müzakirə edilib. Türkiyə tərəfi ABŞ-ı əmin edib ki, Qərbin sanksiyalarına məruz qalan rus şirkətlərinə və rusiyalı şəxslərə qadağalardan yayınmaq üçün heç bir dəstək verilməyəcək.

Qeyd edək ki, Qərbin sanksiyalarına məruz qalan rusların Türkiyədən istifadə edərək, qadağalardan yayınmaq istədiyinə dair iddialar yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR