Türkiyənin məşhur müğənnisi Gülşən həbs edilib.
Metbuat.az xəbər verir ki, prokurorluğa verdiyi ifadədən sonra İstanbul Sülh Cəza Hakimliyinə köçürülən Gülşən Çolakoğlu orada sorğu-sual edildikdən sonra həbs olunaraq Bakırköy qadın həbsxanasına göndərilib.
Xatırladaq ki, müğənni konsert zamanı birini nəzərdə tutaraq "İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”- ifadəsini işlətmişdi. Gülşən bu hadisədən sonra saxlanılmışdı.
