Cəmilə Dürüskari – ölkənin peşəkar permanent ustalarından biridir.
O, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetinin məzunudur. Eyni zamanda 1 nömrəli Tibb Kollecini qırmızı diplomla bitirən Cəmilə Dürüskari ərəb, ingilis və rus dillərində sərbəst danışır.
Cəmilə xanım 10 ilə yaxındır ki, permanent make-up artist kimi fəaliyyət göstərir. Bu müddət ərzində o Serbiyanın "Phibrows", İtaliyanın "Biotek" akademiyalarını bitirib, peşəsi üzrə Rusiya, Ukrayna kimi ölkələrdə çoxsaylı kurslardan məzun olub. Peşəkar usta sənətini sevən biri kimi bu sahədə tələbə yetişdirir və sənətinin incəliklərini öyrətmək üçün öz imzası ilə xaricdə və ölkəmizdə kurslar təşkil edir. Öz sahəsində sağlam rəqabət mühiti görmək istəyən Cəmilə xanım hesab edir ki, permanent ustaları qarşılıqlı əlaqədə olsa, bu sahədə yarışlar təşkil olunsa, ustalar bir -biri ilə bu sənətin incəliklərini bölüşsə, qaşları korlanmış xanımların da sayı az olar.
30 iyun 2022 ci tarixində Golden People Awards layihəsində, Cəmilə Dürüskari master permanent nominasiyası üzrə mükafata layiq görülüb.

