Çünki xalq artisti isə hər zaman çıxışlarında Azərbaycanı ilk dəfə “Eurovision” musiqi yarışmasında təmsil edən Elnur və Samir cütlüyünə xüsusi rəğbəti ilə seçilib. Müxtəlif kanallara müsahibələrində Aygün Kazımova cütlük haqda xoş sözlər deyib.
ANS PRESS-in məlumatına görə, müğənni müxbirin sualını düzgün başa düşmədiyindən belə cavablandırdığını deyib. “Elnur və Samir mənim çox sevdiyim müğənnilərdir. Müxbirin sualını tam anlamadım. Elçin Hüseynov, Anar Hüseynov, Elnur Hüseynov... Hüseynovlar başımı qatdı. Bu səbəbdən belə alındı. Tam başa düşmədim söhbət kimdən gedir. Sual anidən verildi. Yoxsa Elnur Hüseynov və Samir Cavadzadə ölkəmizi “Eurovision”da təmsil edən yeganə və mənim aləmimdə ən uğurlu çıxışlardır. Onların sənətlərinə sonsuz hörmətim var. Onları sevirəm, onlar mənim canlarımdır”.
ANS PRESS-in məlumatına görə, xalq artisti “MuzTV”yə müsahibəsində Azərbaycanı 2008 və 2015-ci illərdə “Eurovision” musiqi yarışmamasında təmsil edən Elnur Hüseynovu tanımamışdı.