Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev maraqlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, səfir ölkədəki qiymətlərin baha olduğunu bildirib. O həmçinin Polşanın paytaxtı Varşava ilə Bakını müqayisə edib:

"Yüksək materiyanı bir tərəfə qoyaq. Həm də Marks deyirdi ki, insanlar yüksək materiya ilə məşğul olmazdan əvvəl yeməli, içməli və geyinməlidirlər. Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata (25 zlotı, yaxud 6 dollar) belə müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik kofe, yaxud çay da bu hesaba daxildir. Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar. Düzdür, yanında bir mikroskopik ölçülü qurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir",- deyə səfir qeyd edib.

Qeyd edək ki, V.Quliyev V.Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri, 2004-2010-da Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 2010-2021-ci illərdə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olub. O, ötən ilin iyulun 23-də Macarıstandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.

Bu ilin may ayında isə Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bir qida və bunu deyən yazı "BREAKFAST Seven days week 10:00-12:00 Every set 24,99 pln Coffee, tea, lemonade for grosz or freshly squeezed juice fruit and vegetable smoothies 50% glass Prosecco pln with breakfast sets WARSAW SET scrambled cottage piece baguette ham, ENGLISH SET Two degg grilied sausages beansin bacon, marinated butter mushrooms, bread SALMON BOWL smoked salmon wildr edamame omatoes sesame wedge lemon FITNESS SET yoghurt strawberry fruitmix SEASONAL SET Asparagus (5pcs) wofried eggs, truffle oil, cherry toma toes, prosciutto crudo, bread" şəkili ola bilər