Məhkəmə türkiyəli müğənni Gülşənlə bağlı qərar verib.

Metbuat.az “CNN Türk”ə istinadən xəbər verir ki, sənətçi ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, daha əvvəl Gülşənin konsertlərindən birində dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Bundan sonra müğənni saxlanılıb, daha sonra həbs edilib.