Bağdadda tanınmış dini və siyasi lider Müqtəda əs-Sədrin siyasətdən çəkilməsi ilə bağlı açıqlamasından sonra onun tərəfdarları Prezident sarayına hücum edib.

Metbuat.az Trthaber-ə istinadən xəbər verir ki, nümayişçilər saraya daxil olublar. Məlumata görə, əraziyə polis qüvvələri cəlb edilib. Bağdadda komendant saatı tətbiq edilib.

Qeyd edək ki, Müqtəda əs-Sədr siyasətdən tamamilə çəkildiyini açıqlayıb. Onun nəzarəti altında bir sıra siyasi və hərbi qurumlar var idi. Bundan əvvəl onun tərəfdarları parlament binasına hücum etmişdi.