Maliyyəçi, idarəçi, Azərbaycan Voleybol Federasiyasının Baş katibi, ictimai xadim Fərid Xəlilov 1983-cü il Bakı şəhərində anadan olub.

Texniki-humanitar elmlər liseyini bitirəndən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olur. 2006-cı ildə eyni universitetin Maliyyə İdarə olunması üzrə MBA dərəcəsini fərqlənmə diplomu ilə bitirir.

Universiteti bitirdikdən sonra yerli və beynəlxalq şirkətlərində maliyyə üzrə çalışan gənc iqtisadçının ilk idman təcrübəsi 2013-ci ildə Birinci Avropa Oyunları ilə başlayır.

Fərid Xəlilov Avropa Oyunların Təşkilat Komitəsinə 50 namizəd arasından seçilən 3-lükdə ən yaxşısı olaraq yer alır. Beləliklə azərbaycanlı mütəxəssislər arasında ən yüksəkvəzifəli maliyyəçi olaraq işə başlayır. İdman sahəsindəki təcrübəsinin davamı olaraq daha sonra 2016-cı ildə "Formula1" təşkilatında Ticketing Manager vəzifəsində çalışır.

İdman sahəsində olan təcrübəsi nəzərə alınaraq 2019-ildə Azərreyl voleybol klubunun prezidenti vəzifəsinə təyin olunur. Fərid Xəlilov keçən zaman ərzində klubun inkişafı istiqamətində mühüm addımlar atır. Qeyd edək ki, klub rəsmi görüşlərdə 7 oyun – 7 qələbə qazanmış yeganə klub olur.

Fərid Xəlilov fəaliyyəti haqda danışarkən xüsusilə vurğulayır ki: “Məqsədimiz odur ki, Azərbaycan Voleybolu deyiləndə, insanların gözündə bir işıq yansın. Və o işıq gələcəkdə qazandığımız medalların parıltısı olacaq”.

Hal-hazırda Azərbaycan Dövləlt İdman Akademiyasında magistr dərəcəsi üzrə təhsil alan Fərid bəy eyni zamanda, Bakı Dövlət Universitetində Maliyyə üzrə müəllim olaraq fəaliyyət göstərir.

Fərid Xəlilov 30 iyun 2022 ci tarixində Golden People Awards layihəsində, ilin uğurlu ictimai xadimi nominasiyasına layiq görülüb.

Fərid Xəlilov ilin uğurlu ictimai xadimi nominasiyasına layiq görüldü