İran İraqla sərhədi bağladı

İran İraqdakı toqquşmalara görə, bu ölkə ilə bütün quru sərhədlərini bağlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyi açıqlama yayıb. İran həmçinin Bağdada uçuşları dayandırıb. Nazirlikdən bildirilib ki, heç kimin sərhədi keçməsinə icazə verilməyəcək. Qərar Ərbəin günü münasibətilə minlərlə iranlının Kərbəla və Nəcəf şəhərlərinə səfər etməyə hazırlaşdığı bir vaxtda qəbul edilib. Q

eyd edək ki, Bağdadda Müqtəda əs-Sədrin milisləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir. Milislər ağır silahlarla “yaşıl bölgə”yə hücum edir. Toqquşmalar nəticəsində azı 12 nəfər həlak olub. Bağdadda komendant saatı tətbiq edilib. Bir sıra dövlət qurumları işləmir. Məlumata görə, siyasi liderlər Müqtəda əs-Sədrə zəng edərək, ondan tərəfdarlarına geri çəkilmək barədə çağırış etməsini demək istəyirlər. Lakin Müqtəda əs-Sədr zənglərə cavab vermir. Müqtəda əs-Sədrin siyasətdən çəkilməsi ilə bağlı açıqlamasından sonra onun tərəfdarları Prezident sarayına hücum etmişdi. Ardınca polis güc tətbiq edərək, onları saraydan uzaqlaşdırıb. Saraydan çıxan etirazçılar binanın ətrafında mövqe tutaraq, polislə toqquşub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR