Ağcabədi, 1 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin yaradılmasının 50 ili tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Y.Məmmədov adına mədəniyyət evində rayon ictimaiyyətinin nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə yubiley mərasimi keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatı Tahir Rzayev, mədəniyyət və turizm şöbəsinin müdiri Rza Quliyev məktəbin müəllim, şagird və məzunlarını təbrik edib, ölkəmizdə musiqi təhsilinin və uşaq yaradıcılığının inkişafına göstərilən diqqət və qayğıdan, Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin uğurlu fəaliyyətindən danışıblar. Məlumat verilib ki, məktəb 1965-ci ildə uşaq musiqi məktəbi kimi açılıb, 1986-cı ildən Ü.Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbinə çevrilib. İki ixtisas üzrə 50 şagird və 12 müəllim kontingenti ilə fəaliyyətə başlayan məktəbdə hazırda 8 ixtisas üzrə (fortepiano, tar, qarmon, kamança, nağara, xanəndəlik, rəssamlıq, xoreoqrafiya) 450-dən çox şagird təhsil alır. Təhsil ocağında 150-yə yaxın müəllim çalışır. Məktəb bu illər ərzində uşaq və yeniyetmələrin incəsənətə cəlb olunmasında, onların estetik zövqünün formalaşmasında, gənc istedadların üzə çıxarılmasında əhəmiyyətli işlər görüb.
Mədəniyyət və Turizm Nazirliyi yubiley münasibətilə Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq İncəsənət Məktəbini fəxri fərmanla təltif edib, məktəbin bir qrup işçisini isə mükafatlandırıb.
Tədbir məktəbin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı ilə davam edib. Təqdim olunan rəqslər, xor və solo ifalar, dünya musiqi nümunələri, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları yubiley tədbirinin iştirakçılarında xoş ovqat yaradıb.
Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin 50 illik yubileyi qeyd olunub
Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin 50 illik yubileyi qeyd olunub
Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin 50 illik yubileyi qeyd olunub
Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin 50 illik yubileyi qeyd olunub