Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən “3 sual, 3 cavab” rubrikası fəaliyyətə başlayıb.
Metbuat.az xəbər verir ki, layihə çərçivəsində jurnalistlərin maarifləndirilməsi ilə bağlı roliklər hazırlanır. Budəfəki buraxılışda "onlayn media subyektinin özünün veb-saytında hansı məlumatlar göstərilməlidir", "onlayn media subyektinin özü tərəfindən istehsal olunan kütləvi informasiyaya dair minimal tələb mövcuddurmu", "mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya və ya jurnalist hansı hallarda məsuliyyət daşıyır" kimi suallara aydınlıq gətirilib.