Bu gün Cebhe.info xəbər portalının fəaliyyətə başlamasından 7 il ötür.

Metbuat.az-ın məlumatına görə, Azərbaycanın xəbər məkanında özünəməxsus yer tutan, çeviklik, obyektivlik, dəqiqlik kimi əsas media prinsiplərinə daim əməl edən Cebhe.info saytı 2015-ci ilin 1 sentyabrından fəaliyyətə başlayıb.

Bu gün həm də "Cümhuriyət" qəzetinin nəşrini bərpa etdiyi gündür. Qəzet 2015-ci ilin 1 sentyabrında təkrar nəşrə başlayıb.

Cebhe.info 7 il ərzində istinad edilən xəbər portallarından birinə çevrilə və öz oxucu auditoriyasını formalaşdıra bilib. Cebhe.info xəbər portalı və "Cümhuriyət" qəzeti gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də siyasət, sosial, iqtisadi, idman, hüquq, geopolitika, mədəniyyət, tarix və digər mövzularda xəbərlər, reportajlar, araşdırmalar, maarifləndirici yazılar və fərqli maraqlı materiallar təqdim edir.

Metbuat.az saytı adından həmkarlarımızı təqdim edir, media məkanında onlara uğur arzulayırıq.