Türkiyənin məşhur müğənnisi Gülşən azan səsini eşidərkən konserti dayandırıb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə KİV-i müğənni Gülşənin konsertindən yeni görüntülər yayıb. Belə ki, müğənninin azan səslənən zaman konserti dayandırdığı görülüb. O, "azana qulaq asıb sonra davam edək" deyərək konsertinə davam edib.
Qeyd edək ki, ötən günlərdə İstanbul Ataşehirdə verdiyi konsert zamanı imam hatip liseyi şagirdlərinin ünvanına söylədiyi sözlərə görə "xalqı kin və düşmənçiliyə sövq etmək və ya alçaltmaq" ittihamı ilə Gülşən saxlanılıb. Bir müddət sonra isə o, ev dustaqlığı şərti ilə sərbəst buraxılıb.