Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb "Dinamo"su ilə Xorvatiya çempionatında növbəti matçını keçirib.

Metbuat.az-ın məlumatına görə, son Xorvatiya çempionu VIII turun açılış oyununda "Riyeka"ya evdə qalib gəlib – 3:1.

Emreli komandasında ikinci qolun müəllifi olmuş hücumçu Dario Şpikiçin əvəzinə 77-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, bu nəticədən sonra "Dinamo" 22 xalla liderliyini möhkəmləndirib.