Şirvanda qəfil ölən qadınla bağlı rəsmi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şirvanda ölən qadınla bağlı açıqlama verib.

Metbuat.az TƏBİB-dən verilən məlumata görə xəbər verir ki, 2001-ci il təvəllüdlü vətəndaş sentyabrın 5-də Şirvan Rayon Müalicə Diaqnostika Mərkəzində öd daşı xəstəliyi diaqnozu ilə xolesistektomiya əməliyyatı olunub:

“İki saata yaxın baş tutan əməliyyat sonrası vətəndaşın vəziyyəti stabil olub. Daha sonra 15:00 radələrində vətəndaşın səhhəti qəfil pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o dünyasını dəyişib. Ölüm səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR