Kraliça öldü -

70 illik taxtın sahibi Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib. Bununla da ingiltərədə 10 günlük matəm elan olunub.

Metbuat.az xəbər verir ki, II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.

Özündən əvvəlkilərlə müqayisədə Elizabet 70 il taxtda oturan ən uzunömürlü kraliça olub.

1947-ci ildə şahzadə Elizabet toydan bir gün öncə Edinburq hersoqu titulunu alan leytenant Filipp Mountbattenlə ailə qurub. Onların dörd övladı var: Uels şahzadəsi, vəliəhd Çarlz, şahzadə Anna, York hersoqu şahzadə Endrü və Uesseks qrafı şahzadə Edvard. Onların evliliyi dünya tarixində 2021-ci ildə şahzadə Filipin (99 yaş) ölümünə qədər davam edən ən uzun kral nikahı olub.

Onların 4 övladı, 12 nəvəsi olub. Uels Şahzadəsi Çarlz (1948), Şahzadə Anna (1950), York Hersoqu Şahzadə Endryu (1960), Uesseks qrafı Şahzadə Edvard (1964).

A Complete Timeline of Queen Elizabeth and Prince Philip's Relationship

Onun dövründə Britaniya İmperiyasının dağılması və onun Millətlər Birliyinə çevrilməsi, dekolonizasiya prosesi, soyuq müharibə, insanın kosmosa çıxması, Aya eniş, televiziya və internetin meydana çıxması, Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) girişi və ondan çıxışı, Şimali İrlandiyada uzun sürən etno-siyasi münaqişənin həlli, Folklend müharibəsində qələbə, Böyük Britaniyanın İraq və Əfqanıstan müharibələrində iştirakı, 2008-ci ilin maliyyə böhranı, Şotlandiya müstəqillik referendumu, koronavirus pandemiyası və s.

Kraliça bir sıra mühüm səlahiyyətlərə malik olmasına baxmayaraq, əksər hallarda nümayəndə funksiyalarını yerinə yetirirdi. Lakin Böyük Britaniya konstitusion monarxiya olduğundan o, baş nazir və ya müşavirlərlə məsləhətləşdikdən sonra səlahiyyətlərini həyata keçirirdi. Monarxdan çıxan bütün aktlar Baş nazir tərəfindən imzalanmalıdır. Digər tərəfdən, Parlamentin qəbul etdiyi bütün qanunlar kraliça tərəfindən imzalandıqdan sonra qüvvəyə minir. Ənənəyə görə, Britaniya monarxı siyasətlə məşğul deyil və cari məsələlərlə bağlı açıqlamalar vermir.

Kraliça son vaxtlara qədər baş nazirlərlə həftəlik görüşlər keçirərək, çərşənbə axşamı günü Boris Consonun istefasını qəbul edib və Trussı onun varisi kimi təsdiqləyib.

Truss Takes Office in Time-Honored British Fashion - The New York Times

Qaydalara görə, yeni kral Şahzadə Çarlz olacaq. O, indi III Kral Çarlzdır. 73 yaşlı həyatının bu son dövründə böyük bir məsuliyyət üzərinə götürüb. O, Britaniya taxtına çıxan ən yaşlı varisdir.

Uels şahzadəsi Çarlz Britaniyanın yeni kralı olub

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR