Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub.
Metbuat.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, AZPROMO-nun rəhbəri Yusif Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti, əsas hədəfləri barədə məlumat verib, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, məhsul ixracının artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.