"Nikolu xilas etməyin vaxtı deyil" dedi,

"Ermənistan" fraksiyasından olan deputat Qeqam Manukyan parlamentin sessiyasında çıxış etdikdən sonra deputatlar arasında mübahisə düşüb.

Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, o, çıxışnda Paşinyan hakimiyyətini kəskin tənqid edib:

"Vəziyyət dəhşətlidir, yalnız bir çıxış yolu var: yeni hökumət, bu vəziyyətdən çıxa biləcək yeni baş nazir. Nikolu xilas etməyin vaxtı deyil, vətəni xilas etməyin vaxtıdır. Satqın etiketi hamınıza yapışacaq", deyə o qeyd edib.

Ermənistan parlamentinin hakim "Mülki müqavilə" fraksiyasından olan deputat Hasmik Akopyan müxalifətçi deputatın çıxışı zamanı mütəmadi olaraq yerindən iradlar bildirib, deputatın çıxışını kəsməyə cəhd edib. hətta parlament sədrinin müavini Akop Arşayanın iradlarından sonra sessiyada qarşıdurmalar yaşanıb.

Xatırladaq ki, Paşinyan dünən parlamentdə sülh naminə çətin qərarların məsuliyyətini öz üzərinə götürmək niyyətində olduğunu bəyan edib.

"Biz bir sənəd imzalamaq istəyirik ki, ona görə tənqid, təhqir olunacağıq, satqın adlandırılacağıq, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmağa qərar verə bilər. Əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Mən açıq deyirəm, əgər bu, təmin olunarsa, bu qərarı imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır",- Baş nazir bildirib.

Paşinyan ermənilərin etirazından sonra sosial media hesabında açıqlama yayaraq, fikirlərindən döndüyünü bəyan edib. O, narazı ermənilərin könlünü xoş etmək üçün sülh sazişini imzalamayacağını söyləyib.

Paşinyanın bu çıxışından sonra İrəvanda kütləvi etiraz aksiyaları başlayıb.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR