Böyük Britaniyanın keçmiş Kraliçası 2-ci Elizabetin 2085-ci ildə açmasını istədiyi məktubun detalları barədə fikirlər irəli sürülüb.

Metbuat.az yerli mənbələrə istinadən xəbər verir ki, məktubda Kraliçanın tarixi binanı azadlığına qovuşduran Sidney sakinlərinə təşəkkür etdiyi güman edilir. Kralica 2-ci Elizabet məktubun şəxsən Sidney meri tərəfindən açılmasını xahiş edib.

Qeyd edək ki, Kraliça 2-ci Elizabet məktubu Avstraliyaya səfəri zamanı - 1986-cı ildə bu qeydlə yazıb: “Avstraliya, Sidneyin saleh və möhtərəm merinə. 2085-ci ildə sizin tərəfinizdən seçilən uyğun bir gündə lütfən bu zərfi açıb mesajımı Sidney sakinlərinə çatdıra bilərsinizmi?”

Qeyd edək ki, Kraliça 2-ci Elizabetin istəyi qəbul edilib və məktub möhürlənərək qorunur.