Ötən ay Tayvana səfər etməklə ABŞ və Çin arasında gərginliyə yol açan Nümayəndələr Palatasının sədri Nensi Pelosi indi də Ermənistana səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Bildirilir ki, səfərin məqsədi Ermənistana dəstək nümayiş etdirməkdir. Məlumata görə, yaxın günlərdə həyata keçiriləcək səfər zamanı Pelosini bir neçə senator müşayət edəcək. Səfər zamanı nümayəndə heyətinin Baş nazir Nikol Paşinyanla görüşü nəzərdə tutulub. Nəşr səfərin Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin artdığı vaxta təsadüf etməsinə diqqət çəkib.