Rusiya 2024-cü ildə təşkil ediləcək futbol üzrə Avropa çempionatından uzaqlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə UEFA açıqlama yayıb. Açıqlamada bildirilir ki, Xorvatiyada keçirilən İdarə heyətinin toplantısından sonra çempionatın püşkatması və qaydalar barədə bəzi qərarlar qəbul edilib. Açıqlamada, İdman Arbitraj Məhkəməsinin bundan əvvəlki bütün rus klublarının idman yarışlardından uzaqlaşdırlması barədə qərarı xatırladılıb və Rusiya milli komandasının Ukraynada davam edən müharibəyə görə çempionatdan uzaqlaşdırıldığı qeyd edilib.

Bildirilib ki,nəticədə Rusiya milli komandası püşkatmada yer almayacaq. Çemionata ev sahibliyi edəcək Almaniya millisi də çempionata birbaşa qatılacağı üçün püşkatmada yer almayacaq. 53 ölkənin qatılacağı təsnifat oyunları 10 qrup üzrə keçiriləcək. Bu qrupların 7-də 5, 3-də isə 6 milli yer alacaq. Qrupda ilk iki yeri tutan millilər əsas mübarizəyə qoşulacaq. 3 milli komanda isə pley-off oyunlarnını nəticəsinə əsasən çempionata adını yazdıracaq.