UEFA Çempionlar Liqasının IV turunda "Qalatasaray" doğma meydanda Almaniyanın Ştutqart komandasını 2:0 hesabı ilə məğlub edib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin hər iki qolunu 21 yaşlı rusiyalı futbolçu Aleksey Batrakov vurub. Qələbədən sonra "Qalatasaray" Almaniya klubunun oyunöncəsi paylaşımına sosial şəbəkədə cavab verib. Belə ki, "Ştutqart" daha əvvəl RAMS Park stadionundakı səsgücləndiricinin fotosunu paylaşaraq oradakı azarkeşlərin güclü səsinin suni olduguna eyham vurmuşdu.
"Qalatasaray" isə oyundan sonra alman dilində “Auf Wiedersehen” (“Xoşça qalın”) mesajını yayımlayıb. Klub həmçinin "Burası Ali Sami Yen. Burada Her şey gerçək" mesajını ünvanlayıb.