Azərbaycanda bəzi mobil operatorların müştəriləri problemlə qarşılaşıblar.

Metbuat.az xəbər verir ki, "Bakcell" və "Nar Mobile" müştərilərində mobil əlaqədə və internetin verilməsində ciddi problemlər yaşanır.

Adıçəkilən mobil operatorların müştəriləri bu barədə sosial şəbəkədə məlumat yayıblar. Məlumata görə, problem bir sıra şirkətin işində də çətinlik yaradıb.

Şirkətlərdən mobil operatorun sistemində yaranan nasazlıqla bağlı məlumat verməyib.