"Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə və meydanda vuruşmağa çalışacağıq".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Slovakiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi rəqibə sürpriz hazırladıqlarını bildirib.

Mahmudov komandada yaxşı əhval-ruhiyyənin olduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.