Müğənni Şakira Jerar Pikedan ayrılandan sonra ilk dəfə futbolçu ilə münasibətləri barədə “Elle” nəşrinə açıqlama verib.

Metbuat.az xəbər verir ki, Şakira futbolçudan ayrılmasının səbəbləri barədə danışmasa da, həyatının ən çətin dövrü olduğunu etiraf edib. Şakira bildirib ki, o, Pike ilə münasibət qura bilmək üçün sənətini arxa plana atıb. Şakiranın sözlərinə görə, Pikenin futbol oynamağa davam edə bilməsi üçün o, İspaniyaya köçüb. “Bu sevgi üçün qurban idi. Bununla da övladlarıma əsl analıq etdim. Ayrıldığımızı bildirdiyimiz üçün çox üzgünük. Səssiz qalmağa və hadisələri həzm etməyə çalışdım” - Şakira deyib.

Qeyd edək ki, cütlüyün Pikenin xəyanətinə görə ayrıldığı irəli sürülür.