58 ildir gündə 20 stəkan çay içir

Türkiyənin Eskişəhər vilayətində yaşayan 65 yaşlı İbrahim Yüksel 58 ildir ki, gündə 20 stəkan çay içir.

Metbuat.az xəbər verir ki, o yerli mediaya açıqlamasında bildirib ki, çay insan ömrünü uzadır, ürəyin fəaliyyətinə müsbət təsir edir:

"Çayın mədə, baş ağrısı ilə əlaqəsi yoxdur. Yaxşı çay içsən, heç nə olmayacaq. İllərdir içirəm, bu problemlərim də yoxdur. Çay paketləri narahatlıqlara səbəb ola bilər, mən həmişə əsl çayı məsləhət görürəm", - deyə o qeyd edib.

O deyir ki, ABŞ alimləri də araşdırmalarında qeyd ediblər ki, hər gün çay içən insanların ölüm riskinin içməyənlərə nisbətən 9-13 faiz aşağıdır. İbrahim ətrafdakı insanların narazılıqlarına baxmayaraq, sağlamlığını gündə 20 stəkan çay içməyə borclu olduğunu vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR