“İlk dəfə beynəlxalq səviyyəli oyun keçirdik” -

“Yeni formalaşan komandayıq, ilk dəfə beynəlxalq səviyyəli oyun keçirdik. Əsas hədəfimiz qısa müddətdə U-21-in heyətini formalaşdırmaqdır.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev Bakıda Moldova ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra açıqlamasında deyib.

“Moldova yığmasına qarşı oyun bizim üçün çox faydalı oldu. Rəqib çox yaxşı təşkilatlanmış, nizam-intizamı yüksək olan komanda idi. Xüsusən müdəfiə xəttində daha diqqətli və intizamlı oynayırdı. Bu cür rəqiblə oyunda müdəfiə xəttini yarmaq çətindir. Buna baxmayaraq, 90 dəqiqə ərzində bir neçə qol imkanı yaratdıq. Təəssüf ki, bu imkanlardan yararlana bilmədik”, - deyə baş məşqçi vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR