"Tottenhem" və Braziliya millisinin hücumçusu Rişarlisona banan atılıb.

Metbuat.az xəbər verir ki, hadisə Fransa paytaxtındakı "Park de Prens" arenasında keçirilən Tunis və Braziliya yığmaları arasındakı yoldaşlıq oyunu zamanı baş verib

19-cu dəqiqədə vurduğu qolun sevincini yaşayan Rişarlisona tribunalardan banan atılıb.

Məsələ ilə bağlı artıq FİFA araşdırlmaların aparıldığını, irqçiliyin yolverilməz olduğunu deyib:

"FIFA irqçiliyin və zorakılığın istənilən formasını qətiyyətlə pisləyir, futbolda bu cür davranışa sıfır dözümsüzlük mövqeyindən çıxış edir. FİFA insidenti araşdırır", - deyə qurum məlumat yayıb.

Qeyd edək ki, oyun cənubi amerikalıların xeyrinə başa çatıb - 5:1.