Rusiya qazını daşıyan boru kəmərlərindən qaz sızır

İsveç Rusiyanın təbii qazını Aİ-yə daşıyan böyük sualtı boru kəmərində yeni sızma aşkar edib.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, bu, artıq həftə içində aşkar edilən dördüncü hadisədir.

Danimarka və İsveç bu həftənin əvvəlində "Nord Stream 1" və "Nord Stream 2" boru kəmərlərində qaz sızması barədə məlumat verib və bunun qəsdən hücum olduğu ehtimal edilib.

Avropa İttifaqı da hadisəni təxribat adlandırsa da birbaşa Rusiya olduğunu demədi.

Rusiya isə öz boru kəmərlərinə hücum etməsi ilə bağlı fikirləri “axmaq” adlandırıb. Bunun əvəzinə Kremlin xarici işlər naziri partlayışların “Amerika kəşfiyyatının nəzarətində olan zonalarda” baş verdiyini deyib.

İsveç sahil mühafizəsi "Nord Stream 2"də dördüncü sızıntını, daha əvvəl "Nord Stream 1"də aşkar edilmiş daha böyük sızmaya çox yaxın yerdə tapdıqlarını bildiriblər.

Avropa İttifaqı dəfələrlə Rusiyanı Ukraynaya verdiyi dəstəyə cavab olaraq qaz tədarükündən Qərbə qarşı silah kimi istifadə etməkdə ittiham edib.

Kremlin sözçüsü Dmitri Peskov son dərəcə narahat olduğunu bildirib və əlavə edib ki, qəsdən hücum ehtimalı istisna edilmir.

Aİ liderləri bildiriblər ki, qitənin enerji infrastrukturuna edilən istənilən hücuma mümkün olan ən güclü cavab veriləcək.

Bu arada, Aİ-də olmayan Norveç, neft və qaz qurğularını qorumaq üçün ordusunu yerləşdirəcəyini söylədi.

Qeyd edək ki, "Nord Stream 1" və "Nord Stream 2"də qaz olsa da, hazırda qaz nəql etmir. İki paralel qoldan ibarət olan “Nord Stream 1" boru kəməri avqustun sonundan bəri Rusiya onu bağladığı və təmirə ehtiyacı olduğunu bildirərək heç bir qaz nəql etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR