Sərxoş halda maşın sürən azərbaycanlı Türkiyədə gündəm oldu:

Türkiyədə yaşayan azərbaycanlı sürücü içkili halda avtomobil idarə edib.

Metbuat.az İHA-ya istinadən xəbər verir ki, yol polisi tərəfindən saxlanılan şəxs polisə etiraz edib. Polis onun içkili olub-olmadığını alkotesterlə yoxlamaq istəyib. Cihaza bir neçə dəfə üfürsə də, onun qəbul etdiyi içkinin miqdarını təyni etmək mümknü olmayıb. Polisin daha dərindən üfürməsi ilə bağlı tələbinə isə sürücü "istəyirsən, səhərə qədər durum, sonra edərəm" cavabını verib.

Həmçinin o, azərbaycanlı olduğunu deyərək yoxlamalardan çəkinmək istəyib.

Qeyd edək ki, dindirilmə zamanı sürücülük vəsiqəsi olmadığı üzə çıxan 41 yaşlı Coşqun A. sərxoş halda avtomobil idarə etdiyinə görə 823 lirə, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə 3 min 674 lirə cərimələnib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR