Mahir Emrelidən üzücü xəbər -

Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mahir Emreli növbəti dəfə zədələnib.

Metbuat.az "index.hr" saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu bu səbəbdən Zaqreb təmsilçisinin ölkə çempionatının XI turunda evdə "Slaven"ə 4:1 hesabı ilə qalib gəldiyi matçda iştirak etməyib.

O, sözügedən oyun üçün komandasının iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.

Yerli mətbuat forvardın hansı şəraitdə zədə aldığını yazmayıb.

Qeyd edək ki, Mahir Emreli iyulun sonlarında belindəki zədəyə görə "Dinamo"nun bir neçə oyununu buraxmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR