Pərviz Şahbazov Vyanaya səfər edib

Energetika naziri Pərviz Şahbazov oktyabrın 5-də keçiriləcək “OPEC plus” ölkələri nazirlərinin 33-cü iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib.

Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbir COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin martından bəri ilk dəfə oflayn rejimdə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan “OPEC plus” razılaşmasının iştirakçısıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR