Azərbaycanın FIFA referiləri UEFA-dan təyinat alıb

Azərbaycanın FIFA referiləri UEFA-dan növbəti təyinat alıblar.

Metbuat.az AFFA-ya istinadən xəbər verir ki, FIFA referisi Rauf Cabarov və FIFA referi köməkçisi Namiq Hüseynov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda keçiriləcək oyunlara təyinat alıblar.

İsveç, Xorvatiya, Uels və Albaniya komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 20-dən 26-dək Xorvatiyada təşkil ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR